Tükürpədici hadisə Türkiyədə yaşanıb
Türkiyədə tükürpədici hadisə baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 88 yaşlı qadına təcavüzə cəhd edən gənc tutulub. Məlumata görə, Enes S. adlı gənc 3 il öncə Muş şəhərindən Nevşehirə gəlib. Burada atası ona 88 yaşlı qadının evini kirayə tutub. İki gün öncə isə gənc yaşlı qadının qaldığı evinin qapısını qıraraq içəri girib. O, ağzını əli ilə tutduğu qadına təcavüz etmək istəyib. Lakin qapı açıq olduğu üçün qonşular yaşlı qadının qışqırıq səslərini eşidərək köməyə gəliblər.
Hadisə yerinə gələn polis dərhal gənci saxlayaraq faciənin qarşısını alıb.