22 yaşlı Leylanın ölümünə səbəb olan əməliyyat: LİPOSAKSİYANIN TƏHLÜKƏLƏRİ

22 yaşlı Leylanın ölümünə səbəb olan əməliyyat: LİPOSAKSİYANIN TƏHLÜKƏLƏRİ
TOP4
15:48 28.06.2017
7589
Bir neçə gün öncə azərbaycanlı model Leyla Oruclunun estetik əməliyyatdan sonra ölməsi xeyli müzakirələrə səbəb olub. Bəziləri liposaksiyanı yüngül əməliyyat hesab edərək, məhz bu əməliyyatdan ölümün mümkün olmadığını düşünür.
 
AZXEBER.COM saglamolun.az-a istinadən liposaksiyanın təhlükələri haqda yazını təqdim edir. Hazırda liposaksiya bütün dünyada ən populyar estetik əməliyyatlardan biridir. Bu əməliyyat hətta o dərəcədə adiləşib ki, insanlar ona artıq ciddi cərrahi müdaxilə kimi deyil, adi bir kosmetik prosedur kimi baxır. Lakin bu, heç də belə deyil. Bütün digər cərrahi əməliyyatlarda olduğu kimi, liposaksiyanın da əks göstərişləri, yanaşı təsirləri, ağırlaşmaları, riskləri var. Yaxın günlərdə Leyla adlı gözəl cavan xanımın liposaksiyadan 2 gün sonra ölümü bunu tam şəkildə təsdiq edib.
 
Yeri gəlmişkən, internetdə yayılan şəkillərdən hətta tibbi savadı olmayan insan anlayır ki, bu xanıma əslində liposaksiya əməliyyatına heç ehtiyacı da yox idi. Vicdanlı peşəkar həkim belə pasiyenti fikirdən döndərməli, aparat kosmetologiyasına və ya fitnes zalına göndərməli idi. Lakin... Liposaksiya yuxarıda qeyd etdiyimiz kimi, ümumi narkoz altında keçirilən ciddi cərrahi əməliyyatdır. Liposaksiyanın bir neçə növü var - vakuum, ultrasəs və lazer liposaksiyası. Lakin növündən asılı olmayaraq, bu, cərrahi müdaxilədir və onun da müəyyən riskləri var.
 
Əməliyyatdan əvvəl pasiyentin sağlamlığı diqqətlə qiymətləndirilməli, anamnez yığılmalı, pasiyent lazım olan müayinə və analizlərdən keçməlidir. Bu, əksər ağırlaşmaların qarşısını almağa kömək edir. Təəssüf ki, bəzən bu mərhələ buraxılır. Arterial hipertenziya (yüksək təzyiq), qan laxtalanması sistemi xəstəlikləri, böyrək, qaraciyər xəstəlikləri və bəzi digər pozulmalar zamanı liposaksiya əməliyyatı keçirilmir.
 

Əməliyyatdan əvvəl pasiyentin narkoza mümkün olan reaksiyası da nəzərə alınmalıdır.

Piyin miqdarı həddindən artıq çoxdursa, liposaksiya tətbiq edilmir. Bu zaman digər üsullardan istifadə olunur. Piyin miqdarı az olanda da liposaksiyaya ehtiyac yoxdur.

Əgər həkim sizə bütün artıq piyi birdən çıxartmağa söz verirsə, bu, sizdə şübhə yaratmalıdır. Bir əməliyyat zamanı 4-5 litr piy çıxarıla bilər. Bundan artıq olmaz. Bu, ağır nəticələrə (ağır qanaxma və s.) gətirib çıxarda bilər.

Liposaksiyanın ən ciddi riskləri arasında:

- narkozla bağlı olan risklər,

- qanaxma,

 

- kəskin böyrək çatışmazlığı,

- piy emboliyası (piy iri damara düşüb onu bağlaya bilər ki, nəticədə insan ölə bilər) və s.

Beləliklə, liposaksiya ciddi və kifayət qədər təhlükəli cərrahi müdaxilədir. Bu əməliyyata müraciət etdikdən əvvəl digər əməliyyatsız üsulları sınayın - pəhriz, idman, aparat kosmetologiya və s. Lakin əgər liposaksiya haqqında qəti qərar vermisinizsə, bunu yalnız və yalnız təcrübəli plastik və estetik cərraha etibar edin.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR