Katarakt

Alimdən xəbərdarlıq: “Azərbaycanda virusun üçüncü dalğası yarana bilər”

TOP4
12:38 15.02.2021
2335
"Bu gün dünyada vəziyyəti dərk edən və doğru qiymətləndirə bilən elm adamları haqlı olaraq növbəti böyük dalğa təhlükəsindən danışır. İzlədiyim qədər Azərbaycanda bir çox insanlar bunun ciddiyətinin fərqinə varmırlar və bəziləri təəssüf ki, hətta sərt karantin rejimlərinin faydasızlığını iddia edir”.

AZXEBER.COM xəbər verir ki, bunu "Report”a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

O bildirib ki, bu cür danışıq tərzlərinin elmi əsasının olmaması problemin aktuallığını müəyyən distansiyalarda qavramağa maneçilik törədə bilər:

"Bu da Azərbaycan üçün növbəti ciddi təhlükə yaşada bilər. Son günlər baş verənlərə diqqət yetirsək açıq şəkildə görə bilərik ki, hələ virusun yeni mutasiyasını nəzərə almasaq belə virusun yenidən insanlar arasında yayılması ehtimalı artıb”.

Azərbaycanlı alim hesab edir ki, yoluxma sayı müəyyən həddə çatdıqdan sonra virus təkrar səhiyyə sisteminə ciddi təsir edəcək qədər arta bilər və yenidən sərt karantin rejiminin tətbiqi qaçılmaz olar:

"Bu gün peyvəndin tətbiqinə görə pandemiyanın sonunun gəldiyini düşünən insanların qaydalara əməl etməməsi və karantin yumşalmalarından sui-istifadə hallarına görə yoluxma saylarında artımın olması qaçılmazdır. Bundan əlavə, yeni virus mutasiyaları vəziyyəti daha da qəlizləşdirir. Belə ki, yeni mutasiya variantının Azərbaycanda olma riski çox yüksəkdir.

Hətta deyərdim ki, bəlkə də artıq çoxdan yayılıb. Tətbiq edilən yumşalmalar çərçivəsində mutasiyanın artıq elmlə sübut edilən daha sürətlə yayılma gücü özünü göstərəcək və bizə məlum olan koronavirus növü ilə bərabər gözlənilən zamandan da öncə kəskin artmağa başlayacaq ki, bu da Azərbaycanda növbəti böyük dalğanı əmələ gətirəcək.

Bunun qarşısını indidən almaq üçün isə sərt karantin rejimi tətbiq etmədən mütləq fərqli şəraitlərdə sabit qaydaların qoyulması və insanlarla problemlərin açıq şəkildə danışılması çox vacibdir, əks halda üçüncü dalğa və sərt karantin rejimi qaçılmaz ola bilər”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:14 30.07.2021

Türkiyədə meşə yanğınlarında ölənlərin sayı artdı - VİDEO

23:48 29.07.2021

Ceyhun Bayramov: "Bu çətin günlərdə Türkiyənin yanındayıq"

23:33 29.07.2021

Bakıda 71 yaşlı kişinin meyiti aşkarlanııb

23:19 29.07.2021

Kürdəmirdə gənc qız intihara cəhd edib

23:11 29.07.2021

Konfrans Liqası: "Qarabağ" növbəti mərhələyə vəsiqə qazandı

22:44 29.07.2021

Səfirlik: Frənk Pəllonun düzəlişi Azərbaycan-ABŞ tərəfdaşlığına xələl gətirmək yanaşmasını əks etdirir

22:04 29.07.2021

Türkiyədə koronavirusla bağlı son vəziyyət

21:47 29.07.2021

Ərdoğan: Bütün imkanlar meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edilib

21:26 29.07.2021

Son bir həftə ərzində dörd uşağın küçəyə atılmasının səbəbi narkotik istifadəsidir - VİDEO

21:24 29.07.2021

SMA Tunarla bağlı xoş xəbər: 2 milyon dollarlıq iynə vuruldu

21:16 29.07.2021

Peyvənd oluna bilməyənlərin aqibəti necə olacaq? – VİDEO

21:03 29.07.2021

Tokioda koronavirusa yoluxma sayında yenidən rekord qırıldı

20:54 29.07.2021

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə edib

20:49 29.07.2021

Fermerlərin nəzərinə: Agentlikdən virusla bağlı XƏBƏRDARLIQ

20:32 29.07.2021

İbrahim Kalın: "Meşə yanğınları milli fəlakətdir"

20:12 29.07.2021

Rusiya və Çin genişmiqyaslı hərbi təlimlərə başlayır