22 yaşlı oğlan 88 yaşlı nənəni zorlamaq istədi - FOTO

DÜNYA
14:55 02.07.2013
3816

O, qadının yaşadığı mənzilin qapısını qıraraq evə daxil olub.

AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin Nevşehir əyalətində baş verib.Enes.S. adlı gənc 3 il əvvəl Muştan Nevşehirə gələrkən atası onun üçün orada kirayə mənzil tutub.İddialara əsasən isə, bir neçə gün bundan əvvəl oğlan axşam saatlarında D.P.-nin evinə qapının kilidini qıraraq zorla daxil olub, sonra isə qadının ağzını əlləri ilə tutaraq ona təcavüz göstərmək istəyib. Qapı açıq olduğundan yaşlı qadının qonşuları qışqırıq səsinə gəliblər. Qonşular mənzilə daxil olan zaman təcavüzə. səy göstərən oğlanı zərərsizləşdiriblər. 115 xidmətinə zəng edən qonşular vəziyyəti polis əməkdaşlarına danışıblar.Daha sonra 22 yaşlı gənci həbs edərək polis bölməsinə aparan əməkdaşlar onu dindiriblər. İfadəsi alınan Enes.S. “adam öldürməyə cəhd, daşınmaz əmlakın toxunulmazlığını pozma və cinsi təcavüz” ittihamı ilə Nevşehir E.Tipli Cəzaçəkmə müəssisəsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR