22 yaşlı qız niyə itkin düşüb? - Şok təfərrüat

22 yaşlı qız niyə itkin düşüb? - Şok təfərrüat
SOSİAL
17:42 29.03.2016
2902
Xəbər verdiyimiz kimi, İsmayıllı şəhər sakini, 09.05.1994-cü il təvəllüdlü Məmmədli Nigar Əkbər qızı bu il martın 7-də, saat 15 radələrində yaşadığı evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
 N.Məmmədlinin ailəsi ilə əlaqə saxlayaraq, onun itkin düşmə səbəblərini araşdırmağa çalışıb.
Ailəsindən verilən məlumata görə, N.Məmmədlinin evdən qaçması üçün ciddi əsas olmayıb.
“Nigarın səhhətində heç bir problemi yox idi. İndiyə kimi heç vaxt evi tərk etməmişdi. Nədən bu addımı atıb, onu buna nə vadar edib, bu sualların cavabını biz özümüz də bilmirik”-deyə bildirilib.
Ailə Nigarın evdə problem yaşamadığını desə də, sözsüz ki, onun evdən çıxaraq geri qayıtmamasının səbəbi var.
N.Məmmədlinin itkin düşməsi valideynlərini üzsə də, qardaşı bu olaydan kəskin hiddətlənib. O, bacısının bundan sonra sağ-salamat evə qayıtmasını istəmədiyini deyib.
“Biz onun sağ-salamat tapılmasını istəmirik. Onun bundan sonra yaşaması bizim üçün vacib deyil. Biz yaxşı bilirik ki, o sağdır, haradasa gizlənib. Polis də bilir ki, ona heç nə olmayıb. Çünki bir həftə öncə onunla görüşmüşdük. Hamı bizə zəng edib, onun yerini soruşur. Bu məsələni yalnız ailəmiz bilirdi. Məlumat mətbuatda yayılandan sonra hər kəs bu barədə danışır.
Onun heç bir psixoloji problemi yox idi. Normal insan idi. Başından böyük səhv edib. Hazırda axtarışlar gedir. İş polisin nəzarətindədir. Bundan sonra onun tapılması bizə maraqlı deyil”.
Qonşularının fikrincə, N.Məmmədli çox güman ki, sevdiyi şəxslə qaçıb. O, qorxuduğundan ailəsinə bunu bildirməyib.
“Nigar yaxşı qızdır. Onun son günlər ailəsində problemlər yaşanırdı. Bizdə olan məlumata görə, o, sevdiyi oğlanla qaçıb. Ailəsi bunu qəbul etmir, buna görə polisə şikayət edilib”.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Nigar Məmmədli itkin düşüb. Onun xarakterik əlamətləri belədir:
-Boyu 157 santimetr, gözlərinin rəngi yaşıl, qara düz uzun saçlı, sifəti yumrudur.
Evdən çıxan zaman əynində qara rəngli qış gödəkçəsi, göy rəngli cins şalvar, ayağında isə qara çəkmə olub.
Nigar Məmmədlini görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (050) 280-45-00, (055) 513-37-13 nömrəli mobil və (0178) 5-44-87, 5-55-11 nömrəli telefonlara zəng vuraraq bu barədə İsmayıllı RPŞ-nin Növbətçi hissəsinə xəbər vermələri xahiş olunur.
///AzVision.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
09:16 15.09.2025
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
Sabirabad sakini həmkəndlisini qətlə yetirib
09:04 15.09.2025
Sabirabad sakini həmkəndlisini qətlə yetirib