22 yaşlı qız özünü öldürmək istədi

22 yaşlı qız özünü öldürmək istədi
SOSİAL
10:37 10.10.2016
1488

 

Göyçay rayonunda intihara cəhd olub.

Hadisə Göyçay şəhəri Əli Kərim küçəsindəki 38 saylı evdə qeydə alınıb.

Şəhər sakini, 1994-cü il təvəllüdlü Əyyubova Əsli Coşqun qızı sirkə turşusu içərək intihara cəhd edib.
Ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Əsli Əyyubova reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Onun özünə qəsd etməsinin səbəbi, hələ ki, məlum deyil. 
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

///APA
OXŞAR XƏBƏRLƏR