22 yaşlı sərxoş oğlan atasını öldürdü - Video + Foto

22 yaşlı sərxoş oğlan atasını öldürdü - Video + Foto
SOSİAL
15:20 11.11.2016
2359
Qubada 22 yaşlı oğul öz doğma atasını qətlə yetirib.

ARB TV xəbər verir ki, oğul atasının canına qıyıb.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Aralarında yaranan münaqişə zəminində 22 yaşlı Sərxan Heydərov atası Siyavuş Heydərova boyun nahiyəsindən bıçaq zərbəsi endirib.

Hadisə şahidlərinin sözlərinə görə, Sərxan Heydərov qətli törətdiyi zaman spirtli içkinin təsiri altında olub. Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra qaçsa da, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

Hazırda faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR