23 avqust-22 sentyabr bürcləri nə gözləyir?

23 avqust-22 sentyabr bürcləri nə gözləyir?
MARAQLI
16:04 27.08.2025
183
Astroloq Rəşad Hacıyev 23 avqust-22 sentyabr tarixləri arasında bürcləri nə gözlədiyi ilə bağlı şərh verib.
 
AZXEBER.COM xəbər verir ki, o, bununla bağlı öz sosial media hesabında paylaşım edib:
 
"Qoç  - Daha çalışqan və disiplinli olacaq, eşq mövzuları və sağlamlığınıza daha çox diqqət edəcəksiniz. İş mövzuları gündəmdədir. Münasibətlər gərgindir.
 
Buğa - Ailədə qadınlardan dəstək alacaqsınız. Evinizi gözəlləşdirmək üçün ideal zamandır. Ailə içi hüzur yüksəkdir. Həyat enerjiniz yüksələcək. 
 
Əkizlər - Yaxın çevrəniz tərəfindən dəstək görəcəksiniz. Ailə mövzularınız gündəmdədir. Ruhlar dünyası sizi dəstəkləyir. Eşq və əyləncə gündəmdədir. Daxili gücünüz yüksələcək.
 
Xərçəng - Zövqə pul xərcləyəcəksiniz. Yeni biliklər öyrənəcək və yaxın çevrəniz tərəfindən dəstəklənəcəksiniz. Beyniniz bu dövrdə daha güclü işləyəcək. Öz dəyərinizi biləcəksiniz. Sosiallaşa bilərsiniz. Güclü fiqurlar tərəfindən dəstəklənəcəksiniz.
 
Şir- Pul mövzusu gündəmdədir. Özünüzə dəyər verəcəksiniz. Maddi mövzularda plan quracaqsınız. Auranıza hamı heyran qalacaq. 
 
Qız - Diqqət mərkəzində olacaqsınız. Özgüvəniniz yüksələcək və parlayacaqsınız. Mənəvi dəstək görəcəksiniz. Dualarınız tez eşidiləcək. 
 
Tərəzi - Həm içə qapanacaqsınız, həm də sosiallaşacaqsınız. Ruhani dəstək güclənəcək. Xəbərçi yuxular görəcəksiniz. Həssaslaşaacqsınız. Mübarizəniz davam edəcək.
 
Əqrəb - Sənə jestlər ediləcək. Dostluqlar gündəmdədir. Kariyerada şanslı olacaqsınız. Qadınlardan dəstək görəcəksiniz.
 
Oxatan- Cəmiyyət tərəfindən hörmət görəcəksiniz. Sözünüz dinlənəcək. Uğurlu olacaqsınız. İnanclı olacaqsınız. Yüksəliş və ya dəyişim potensialınız var.
 
Oğlaq -  Xaric və təhsildə şanslı olacaqsınız. Özünüzü mərkəzə qoyacaqsınız. Başqa qaynaqlardan pul gələcək. Enerjiniz güclüdür. Daha şən olacaqsınız.
 
Dolça- Daxili gücünüz təzahür edəcək. Transformasiya baş verə bilər. Çəkici olacaqsınız. Borc mövzuları gündəmdədir. Rituallarınız tuta bilər.
 
Balıqlar- Münasibətlər gündəmdədir. Eşq enerjiniz yüksələcək. Sevgi dolu olacaqsınız. Bu dövrdə sağlamlıq mövzularında şanslı olacaqsınız. Gündəlik rutinlər gündəmdədir".
 
Oksana 
OXŞAR XƏBƏRLƏR