Gənc yazıçı Kəramət Böyükçölün "Çöl" romanı böyük səs-küyə səbəb olub. AZXEBER.COM-un məlumatına görə, roman haqda müxtəlif fikirlər səslənir. Bu fikirlərdən bir neçəsini təqdim edirik.
“Çöl” romanı son zamanlar ard-arda yazılan nəsr əsərləri içərisində ən uğurlusudur. (Cavanşir Yusifli)
“Çöl” romanında müharibə həqiqətləri ilə bağlı amansız bir sujet yatır. (Tehran Əlişanoğlu)... “Çöl” romanı əsl mədəniyyət arxividir. (Nərmin Kamal)“Çöl romanını çox bəyənirəm. Çoxları bu əsərə tənqidi yanaşsa da, onu deyim ki, romanda tərəkəmə həyatı ustalıqla təsvir olunub. Gənc müəllifin dünyaya baxışı və təfəkkürünün genişliyi məni heyərləndirdi. (Rafiq Tağı)Bu əsər məni heyrətləndirdi. İstedadla yazılmış bir əsərdir. “Çöl” romanını çəkinmədən dünya oxucusuna təqdim etmək olar. (Vaqif Bayatlı Odər)“Çöl” romanında kifayət qədər maraqlı məqamlar və detallar var. Gənc müəllifin istedadı qabarıq şəkildə hiss olunur. Roman son dövrlər yazılmış romanlar içərisində dil baxımından ən uğurlularından biri, bəlkə də birincisidir. (Cəlil Cavanşir)Kəramət «Çöl» romanında həddindən artıq ciddi və ağır bir mövzunu qələmə almağa cəhd göstərib. Cəsarətini və təfəkkürünü qiymətləndirməmək olmaz. (Elnarə Tofiqqızı)“Çöl” romanı bizim yaddaşımızın, milli düşüncəmizin əsəridir. “Çöl” əsl milli roman, milli ədəbiyyat hadisəsidir. (Ayxan Eyvaz)“Çöl”ü oxuyandan sonra düşündüm ki, bu əsər öz xalqının milli gələnəkləri üzərində qurulsa da bəşəri ideyaları da yansıyır. Bu romanı gənc bir yazarın əsəri kimi çəkinmədən dünya oxucusuna təqdim etmək olar". (Kənan Hacı)“Çöl” romanını oxudum. 23 yaşlı bir gəncin dünyanı bu cür görməsi məni heyrətləndirdi. (Əkrəm Əylisli)“Çöl” romanını keyflə oxudum. Bu əsərin ilk 40-50 səhifəsindəki təsvirlər Azərbaycan romançılığı üçün tamamilə yeni bir hadisədir. (İbrahim Nəbioğlu)