Azərbaycan I Liqasında çıxış edən "Difai Ağsu” klubunun 19 yaşlı futbolçusu Kamil Sadıqov Avropa klublarının maraq dairəsinə düşüb.
Gənc yarımmüdafiəçi ilə Portuqaliyanın "Eştoril” klubunun U-23 komandası, Polşanın "Rakow” klubunun B komandası, həmçinin Slovakiyanın "Pohronie” və "Zilina” kollektivləri maraqlanır.
Məlumata görə, futbolçunun karyerasını Slovakiyada davam etdirməsi daha real görünür. Bu baxımdan "Zilina” klubu əsas namizəd hesab olunur.











































