Simonyan İrəvanın meri olmaq istəyir: Post uğrunda gərgin mübarizə

Simonyan İrəvanın meri olmaq istəyir: Post uğrunda gərgin mübarizə
DÜNYA
05:23 04.11.2026
151
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İrəvanın meri postunu hədəfləyir. Hazırkı şəhər rəhbəri Tiqran Avinyanla onun arasında gərgin rəqabət yaranıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Armlur" məlumat yayıb.

Məlumata görə, Ermənistanın paytaxtında keçiriləcək növbəti seçkiyə hələ iki il vaxt qalsa da, Təhlükəsizlik Şurasının katibi artıq indidən özünü bu postda görür.

Nəşr iddia edir ki, o, yaxın adamlarının əhatəsində gələcək mer olacağını söyləyib: guya reytinqi kifayət qədər yüksəkdir və iqtidarda olan "Mülki Müqavilə" partiyasının rəhbərliyi məhz onun namizədliyinin xeyrinə qərar qəbul etməlidir. Bununla belə, Avinyan da geri çəkilmək fikrində deyil.

Qəzetin yazdığına görə, indiki mer öz komandasına bu postun ondan alınmasına heç cür imkan verməyəcəyini bildirib.

Qeyd edək ki, Simonyan əvvəlki çağırışda parlamentin sədri olsa da, sonuncu seçkilərdən sonra həmin posta sabiq müavini Ruben Rubinyan gəlib. Sonradan isə Simonyan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə gətirilib.
OXŞAR XƏBƏRLƏR