Özündən 24 yaş kiçik həyat yoldaşından boşandı

Özündən 24 yaş kiçik həyat yoldaşından boşandı
MAQAZİN
05:03 04.11.2026
130
Müğənni Berdan Mardini ötən ilin aprelində evləndiyi həyat yoldaşı Dilara Talaydan boşanıb.

Cütlük bu gün qatıldığı məhkəmə prosesində səssiz-sədasız həyat yollarını ayırıb.

Qeyd edək ki, Berdan Mardini ilə həyat yoldaşı arasındakı yaş fərqi müzakirələrə səbəb olmuşdu.

Belə ki, Dilara Talay 24, Berdan Mardini isə 48 yaşındadır.
 
Məlumat üçün bildirək ki, ifaçı 2010-cu ildə Fatoş adlı qadınla ailə qurub.

2021-ci ildə onların yolları ayrılıb. Buna səbəb Fatoşun Berdana illər etdiyi xəyanətinin ifşa olunması olub.

Xatırladaq ki, Berdan Mardini "Senden Çocuğum Olsun", "Mardin Kapı Şen Olur", "Sorarım Sorarım" kimi mahnılarla məşhurlaşıb.
 
///bakuws
OXŞAR XƏBƏRLƏR