Müğənni Nuranla Avroviziya qalibimiz Nigar Camal duet oxuyacaq.
Bu barədə Nuran özü məlumat verib. O, "TMB 100.5 FM”də Lamiyə Ələkbərovanın "Ulduzla danış” rubrikasında danışıb.
"Biz görüşəndə bir-birimizə "duet ortağım” deyə səslənirik. Bu da o deməkdir ki, layihəmiz təsdiqlənib. Komandalarımız arasında seçim mərhələsi gedir. Mahnımız seçilib. Bəstəkarı özüməm. Hələ ki, adı müəyyənləşməyib”, - deyə, ifaçı bildirib.








































