Deputatdan iranlı nazirə sərt sözlər: “O getsin Mehsa Əmininin məzarına və Allahdan bağışlanma diləsin”

Deputatdan iranlı nazirə sərt sözlər: “O getsin Mehsa Əmininin məzarına və Allahdan bağışlanma diləsin”
SİYASƏT
15:48 26.10.2026
290
Xəbər verdiyimiz kimi, İranın Elm, Tədqiqat və Texnologiya naziri Hüseyn Simai-Sərrəf Azərbaycanda hicaba görə təhsilini davam etdirə bilməyən azərbaycanlı qızları ölkəsinə dəvət edib.

İran rəsmisinin bu açıqlaması müzakirələrə səbəb olub. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi də sözügedən açıqlamaya münasibət bildirərək İran rəsmilərinə başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə, öz ölkələrinin problemlərinə diqqət yetirməyi tövsiyə edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, İranlı nazirin bu bəyanatı Azərbaycanda vahid məktəbli formasına qarşı etirazların arxasında İranın dayandığını göstərir:

"İranın Elm, Tədqiqat və Texnologiya naziri Hüseyn Simai-Sərrəfin Azərbaycanla bağlı bəyanatı artıq nazir səviyyəsində İranın rəsmi etirafıdır ki, Azərbaycanda vahid məktəbli formasına qarşı etirazları İran təşkil edib. Əks təqdirdə, iranlı nazir belə bir bəyanatla çıxış etməzdi. Ona görə də mənə elə gəlir ki, bu etiraf artıq hüquqi məsuliyyət yaradır. Azərbaycanın müvafiq qurumları Türkiyə və Azərbaycana qarşı hədyan danışanlar haqqında hüquqi prosedur başlatdığı kimi, iranlı nazir haqqında da belə bir hüquqi prosedur başlada bilər.
 
 

Deputat İranda yaşayan azərbaycanlıların ana dilində təhsil hüququna da diqqət çəkib:

"İranda 35 milyon azərbaycanlı yaşayır. Əgər İran 35 milyon azərbaycanlıya öz dilində təhsil verməyə başlasa, biz də təkcə İran simvolunun daşıyıcıları olan başörtülüləri deyil, başıaçıqları da, yəni sekulyar vətəndaşlarımızı da İrana göndərə bilərik ki, orada öz ana dillərində təhsil alsınlar. Təhsil mübadiləsi çox yaxşı hadisədir. Ancaq təəssüf ki, bu, baş vermir. İrandakı azərbaycanlılar öz təhsil hüquqlarından istifadə edərək ana dillərində təhsil ala bilmirlər. Halbuki İranda yaşayan ermənilər də daxil olmaqla, digər etniklər, xristian icmaları öz ana dillərində təhsil alırlar. Qadağa isə sadəcə türklərə və müsəlmanlara aiddir. Yaxşı olar ki, nazir bu haqda fikirləşsin. Nə üçün belədir?”.

Hikmət Babaoğlu İranın hicabla bağlı siyasətini də tənqid edib:

"Amma başqa bir məsələ də var. İranda başını açmaq istəyən İran vətəndaşları edam edilib. Bir gecədə İran 3 300 vətəndaşını edam etdirib. Azərbaycanda isə biz vətəndaşlarımıza azadlıq vermişik. Onlar başıaçıq gəzirlər. Nazir getsin, Məhsa Əmininin məzarını ziyarət etsin və Allahdan bağışlanma diləsin ki, bir qadın başını açmaq istəyərkən niyə başından oldu”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“X”dəki provokasiya... Və ya Ərbakan niyə sakitləşə bilmir? - KÖŞƏ
16:31 26.10.2026
“X”dəki provokasiya... Və ya Ərbakan niyə sakitləşə bilmir? - KÖŞƏ
Qarşınızdakı insanın yalan danışdığını necə bilmək olar? - Bədən dilinin gizli işarələri
16:30 26.10.2026
Qarşınızdakı insanın yalan danışdığını necə bilmək olar? - Bədən dilinin gizli işarələri
Daha 5 marşrutun hərəkət sxemi dəyişdirildi
16:05 26.10.2026
Daha 5 marşrutun hərəkət sxemi dəyişdirildi
Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
16:04 26.10.2026
Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
16:01 26.10.2026
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Deputatdan iranlı nazirə sərt sözlər: “O getsin Mehsa Əmininin məzarına və Allahdan bağışlanma diləsin”
15:48 26.10.2026
Deputatdan iranlı nazirə sərt sözlər: “O getsin Mehsa Əmininin məzarına və Allahdan bağışlanma diləsin”
Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir
15:44 26.10.2026
Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir
QHT sədri: “Ana dilində təhsil milyonlarla insanın haqlı gözləntisidir”
15:41 26.10.2026
QHT sədri: “Ana dilində təhsil milyonlarla insanın haqlı gözləntisidir”
Hikmət Hacıyev: Süni intellekt və sosial medialar real həqiqətin tapılmasını çətinləşdirir
15:29 26.10.2026
Hikmət Hacıyev: Süni intellekt və sosial medialar real həqiqətin tapılmasını çətinləşdirir
Hikmət Hacıyev: Ən birinci məqam xalqlar arasında etimad və barışığın bərpa edilməsidir
15:28 26.10.2026
Hikmət Hacıyev: Ən birinci məqam xalqlar arasında etimad və barışığın bərpa edilməsidir
“El Pizza” bağlandı
15:24 26.10.2026
“El Pizza” bağlandı
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
15:12 26.10.2026
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
15:06 26.10.2026
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
Paytaxtdakı tıxaclar iqtisadiyyata necə təsir edir?
14:58 26.10.2026
Paytaxtdakı tıxaclar iqtisadiyyata necə təsir edir?
Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
14:55 26.10.2026
Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
YAP-ın Balakən təşkilatının sabiq sədri həbs edildi
14:29 26.10.2026
YAP-ın Balakən təşkilatının sabiq sədri həbs edildi