"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Prezident İlham Əliyev isə sıx iş qrafiki ilə əlaqədar zirvə görüşündə iştirak etməyəcək:
"TDT-nin Ankarada keçirilən Zirvə toplantısında Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. Prezident İlham Əliyev isə sıx iş qrafiki ilə əlaqədar zirvə görüşündə iştirak etməyəcək. Əslində, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Azərbaycanda keçirilən bir sıra mühüm tədbirlərdə şəxsən iştirak etməməsi ilə bağlı təcrübə mövcuddur. Məsələn, Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçıların qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Respublikasını vitse-prezident Cövdət Yılmaz təmsil etmişdi. Həmin vaxt Prezident Ərdoğan Almaniyada Avropa çempionatının dörddəbir finalı çərçivəsində keçirlən Türkiyə-Niderland futbol matçında iştirak etdiyi üçün Şuşada Zirvə görüşünə qatıla bilməmişdi. Eyni zamanda, Bakıda keçirilən AQEM Zirvə görüşündə də Türkiyə Respublikasını xarici işlər naziri Hakan Fidan təmsil etmişdi”.
Parlamentari qeyd edib ki, diplomatiyada bu cür hallar normaldır:
"Prezident İlham Əliyev Bakıda İlk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarının mükafatlandırma mərasimində iştirak edəcək. Diplomatiyada bu cür hallar normaldır. Dövlət başçılarının beynəlxalq tədbirlərdə iştirakı onların iş qrafikindən, gündəlik prioritetlərindən və digər amillərdən asılı ola bilər. Burada əsas məqam tərəflərin bu kimi məsələlərə anlayışla yanaşması və diplomatik münasibətlərdə qarşılıqlılıq prinsipini nəzərə almasıdır. Bir dövlət başçısının hər hansı tədbirdə iştirak etməməsi ikitərəfli münasibətlərdə problem kimi təqdim olunmamalıdır. Bu baxımdan, Ankarada keçiriləcək TDT Zirvə toplantısında Azərbaycanı Ceyhun Bayramov yüksək səviyyədə təmsil edəcək. O, ölkəmizin mövqeyini ifadə etməklə yanaşı, təşkilatın sədrlik missiyasının Türkiyəyə ötürülməsi prosesində də iştirak edəcək”.
Şahanə Ziyad










































