“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat

“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
SİYASƏT
13:54 30.10.2026
267
"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

O bildirib ki, Prezident İlham Əliyev isə sıx iş qrafiki ilə əlaqədar zirvə görüşündə iştirak etməyəcək:

"TDT-nin Ankarada keçirilən Zirvə toplantısında Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. Prezident İlham Əliyev isə sıx iş qrafiki ilə əlaqədar zirvə görüşündə iştirak etməyəcək. Əslində, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Azərbaycanda keçirilən bir sıra mühüm tədbirlərdə şəxsən iştirak etməməsi ilə bağlı təcrübə mövcuddur. Məsələn, Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının  dövlət başçıların qeyri-rəsmi Zirvə görüşündə  Türkiyə Respublikasını vitse-prezident Cövdət Yılmaz təmsil etmişdi. Həmin vaxt Prezident Ərdoğan Almaniyada Avropa çempionatının dörddəbir finalı çərçivəsində keçirlən Türkiyə-Niderland  futbol matçında iştirak etdiyi üçün Şuşada Zirvə görüşünə qatıla bilməmişdi.  Eyni zamanda, Bakıda keçirilən AQEM Zirvə görüşündə də  Türkiyə Respublikasını xarici işlər naziri Hakan Fidan təmsil etmişdi”.

Parlamentari qeyd edib ki, diplomatiyada bu cür hallar normaldır:

"Prezident İlham Əliyev Bakıda İlk dəfə keçirilən  FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarının mükafatlandırma mərasimində iştirak edəcək. Diplomatiyada bu cür hallar normaldır. Dövlət başçılarının beynəlxalq tədbirlərdə iştirakı onların iş qrafikindən, gündəlik prioritetlərindən və digər amillərdən asılı ola bilər. Burada əsas məqam tərəflərin bu kimi məsələlərə anlayışla yanaşması və diplomatik münasibətlərdə qarşılıqlılıq prinsipini nəzərə almasıdır. Bir dövlət başçısının hər hansı tədbirdə iştirak etməməsi ikitərəfli münasibətlərdə problem kimi təqdim olunmamalıdır. Bu baxımdan, Ankarada keçiriləcək TDT Zirvə toplantısında Azərbaycanı Ceyhun Bayramov yüksək səviyyədə təmsil edəcək. O, ölkəmizin mövqeyini ifadə etməklə yanaşı, təşkilatın sədrlik missiyasının Türkiyəyə ötürülməsi prosesində də iştirak edəcək”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri nə deməkdir?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri nə deməkdir?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:22 30.10.2026
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
14:16 30.10.2026
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
13:55 30.10.2026
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
13:54 30.10.2026
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
13:53 30.10.2026
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA
13:38 30.10.2026
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
13:23 30.10.2026
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
​“Niyə Ağdamda mənə ev düşmür?” dedi - Sahibə Qafarova etiraz etdi
13:18 30.10.2026
​“Niyə Ağdamda mənə ev düşmür?” dedi - Sahibə Qafarova etiraz etdi