Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR

Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
İQTİSADİYYAT
15:32 30.10.2026
138
Azercell-in tərəfdaşlığı ilə Azərbaycan İşgüzar Qadınlar ("Azerbaijan Business Women”) təşkilatının təsis etdiyi "SHE” platforması çərçivəsində "Gələcəyin toxuması” ("Fabric of the Future”) adlı tədbir baş tutub.
 
Proqramda ənənəvi sənətkarlığın müasir yaradıcılıqda yaşadılması, eləcə də qadınlar üçün yeni sosial və iqtisadi imkanların yaradılması mövzularına yer verilib.

Tədbirdə Azərbaycanın qədim tətbiqi sənət növlərindən olan quramanın dirçəldilməsi, tədqiqi və beynəlxalq səviyyədə təbliği istiqamətində çalışan Əminə Məlikovanın yeni kolleksiyası nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan İşgüzar Qadınlar təşkilatının sədri və "SHE” platformasının təsisçisi Tatyana Mikayılova təşəbbüsün ideyası və əhəmiyyəti haqqında danışıb.

Tədbirin davamında çıxış edən Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva qadınların imkanlarının genişləndirilməsində texnologiyanın və məsuliyyətli biznesin rolundan danışıb: "Texnologiya mədəni irsimizi yalnız qorumağa deyil, onu yeni iqtisadi imkanlara çevirməyə də kömək edir. Rəqəmsal bacarıqlar və texnologiyalara çıxış sayəsində qadınlar ənənəvi sənətkarlıq nümunələrini daha geniş auditoriyaya təqdim edə və bizneslərini inkişaf etdirə bilərlər. Bizim məqsədimiz keçmişdən miras qalan mədəni dəyərləri qorumaqla yanaşı, gələcək nəsillər üçün daha geniş imkanlar yaratmaqdır”.

Şirin Əliyeva, həmçinin Azercell-in qızların və qadınların fərdi inkişafına və sosial rifahına dəstək məqsədilə həyata keçirdiyi təşəbbüslər haqqında məlumat verib.

Tədbirdə Azercell-in təşkilatçılığı ilə "Gələcəyimizi formalaşdırmaq” mövzusunda panel müzakirəsi də keçirilib. Müzakirədə cəmiyyətin qadınlardan gözləntiləri, eləcə də qadın və qızların dəstək xidmətlərinə çıxışı barədə fikir mübadiləsi aparılıb.

Paneldə iştirak edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova qadınların sosial və iqtisadi müstəqilliyinin gücləndirilməsi və qızların inkişaf imkanlarının genişləndirilməsi məsələlərinə toxunub. O, şirkətin dəstəyi ilə fəaliyyət göstərən "Qadın Dəstək Xətti” və "Oflayn Qadınlar” rəqəmsal platforması haqqında məlumat verərək, bu təşəbbüslərin çətin həyat şəraitində olan qadınların vaxtında dəstək almasına xidmət etdiyini bildirib. Sona Abbasova Azercell abunəçilərinin "Qadın Dəstək Xətti”nə ödənişsiz zəng edə, "Oflayn Qadınlar” platformasından isə internet paketi olmadan yararlana bildiklərini qeyd edib. O, bu imkanların qadınların ehtiyac duyduqları anda dəstək xidmətlərinə çıxışını asanlaşdırdığını vurğulayıb.

Proqram aktyor, dramaturq və teleaparıcı Kamran Ağabalayevlə Əminə Məlikovanın söhbəti ilə davam edib.

Azercell bu tərəfdaşlıqla qadınların öz bacarıqlarını reallaşdırmasına və yeni imkanlar qazanmasına dəstəyini ifadə edib. Şirkət təhsil, rəqəmsal bacarıqlar və sosial dəstək sahələrində təşəbbüsləri ilə qadınların cəmiyyətin sosial və iqtisadi həyatında daha fəal iştirakını təşviq edir.

 

 

 

 

 






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident onları təltif etdi - Adlar
16:17 30.10.2026
Prezident onları təltif etdi - Adlar
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
16:06 30.10.2026
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
16:03 30.10.2026
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:22 30.10.2026
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
14:16 30.10.2026
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
13:55 30.10.2026
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
13:54 30.10.2026
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
13:53 30.10.2026
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU