Milli Məclis özəl məhkəmə ekspertinin gəlirlərinin vergiyə cəlb edilməsini ilk oxunuşda qəbul edib. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab ediləcək.
Belə ki, həmin gəlirdən 10 faiz dərəcə ilə vergi tutulacaq.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq ilk oxunuşda qəbul olunub.
///Musavat.com











































