İsrail əsgərləri İordan çayının Ramallah şəhərində "cəsur fələstinli qız” ləqəbli gənc fəal Ahid ət-Təmimi (23) saxlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ahid Tamiminin anası Nəriman Təmimi məlumat verib.
Qadın bildirib ki, İsrail qüvvələri Ramallahın Nebi Salih qəsəbəsindəki evə basqın edərək qızı aparıblar.
Gənc qızın anası İsrail əsgərlərinin basqın zamanı evlərinə ziyan vurduğunu və istifadə etdikləri cib telefonlarını müsadirə etdiyini bildirib.
Ahid Tamiminin atası da bir neçə gün əvvəl İsrail qüvvələri tərəfindən saxlanılıb.
Qeyd edək ki, Ahid Tamimi 2017-ci ildə İsrail qüvvələri tərəfindən həbs edilib və 8 ay həbsdə yatıb.
Mikayıl