23 yaşlı gənc bıçaqlandı - Sevdiyi qızın qohumları tərəfindən

23 yaşlı gənc bıçaqlandı - Sevdiyi qızın qohumları tərəfindən
SOSİAL
17:24 15.08.2018
5067
Sabirabad rayonunda gənc sevdiyi qızın qohumları tərəfindən bıçaqlanıb. 

AZXEBER.COM Report-a istinadən bildirir ki, rayon sakini, 1995-ci il təvəllüdlü Əli Pənah oğlu Bağırov sevdiyi qızın qohumları tərəfindən döyülüb və daha sonra bədəninin müxtəlif yerlərinə bıçaq xəsarətləri yetirilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR