23 yaşlı modelin meyiti bir il sonra çamadandan tapıldı - VİDEO

23 yaşlı modelin meyiti bir il sonra çamadandan tapıldı - VİDEO
DÜNYA
18:43 14.03.2022
1039
Bir il əvvəl itkin düşdüyü deyilən 23 yaşlı rusiyalı model Qretta Uedlerin meyiti tapılıb. 

Onun cansız bədəni Lipetsk şəhərində çamadanın içərisindən tapılıb. Qatil cinayəti törətdikdən sonra Qrettanın cəsədini çamadana qoyaraq qarajdakı avtomobildə gizlədib. 

Daha sonra modelin ölümündə şübhəli bilinən şəxs araşdırılaraq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, günahını etiraf edib və hadisəni məişət zorakılığı zəminində baş verdiyini deyib. 

Məlumat üçün bildirək ki, Qretta Uedlerin yoxa çıxması barədə onun rəfiqəsi məlumat verib. Onlar sonuncu dəfə 2021-ci ilin fevralın 24-də əlaqə saxlayıblar.
 

OXŞAR XƏBƏRLƏR