2 saylı Şərur - Kəngərli seçki dairəsindən deputatlığa namizəd Siyavuş Novruzovun maraqlı rəqibləri var.
AZXEBER.COM xəbər verir ki, siyahıya nəzər saldıqda 2000-ci ildən Milli Məclisin deputatı olan Novruzov üçün 1 sentyabr Parlament seçkilərində də yaşıl işıq yandırıldığını demək mümkündür.
Belə ki, YAP-çı deputatın 10 rəqibi var. Onlardan 4 nəfəri müəllim, 3 nəfəri pensiyaçı, 1-i peşəkar döyüş liqasının vitse-prezidenti, 1-i mənzil istismar səhəsinin əməkdaşı, 1-i isə şirkət təsisçisidir.
Müxalif partiyalardan yalnız Ümid Partiyası Siyavuş Novruzova qarşı rəqib çıxarıb.
Qeyd edək ki, Siyavuş Novruzov 24 ildir ki, deputatdır.
