Rusiya prezidenti Vladimir Putinin dostu, onun siyasətini dəstəkləyən məşhur dirijor Valeri Qerqiyev Almaniyanın Münhen Filarmoniyasındakı işindən azad edilib.
68 yaşlı sənətçiyə Putinin Ukraynaya hücumunu qınamazsa işindən qovulacağı barədə xəbərdarlıq edilmişdi.
Bundan sonra isə ona 24 saat vaxt verilmişdi. Ötən gün həmin müddət sona yetdiyinə görə Valeri Qerqiyev işdən azad edilib.
Qeyd edək ki, məşhur dirijoru Münhen meri Dieter Reiter işindən uzaqlaşdırıb.
///BAKU.WS