24 yaşlı gənc komadadır: Onu bu hala salan şəxs isə "yoxa çıxıb" - FOTOLAR

24 yaşlı gənc komadadır: Onu bu hala salan şəxs isə "yoxa çıxıb" - FOTOLAR
SOSİAL
11:18 07.10.2016
16937
Bir neçə gün öncə Bakı - Quba yolunda dəhşətli qəza baş verib.
 
Qəza nəticəsində Bakı şəhər sakini, 22 yaşlı Elçin Bədəlovin idarə etdiyi 10 MS 234 nömrəli KİA markalı avtomobil tanınmaz hala düşüb, Elçin isə hələ də komadan ayılmayıb.
 
Bu haqda AZXEBER.COM-a onun qardaşı Elvin Bədəlov məlumat verib: "Qardaşım bir neçə gün öncə Bakı - Quba yolunda dəhşətli qəza keçirib. Elçinin idarə etdiyi KİA avtomobili qəzaya düşəndən sonra, magistralı ayıran dəmirlərin arasına yuvarlanıb. Həkimlərin dediyinə görə, vəziyyəti çox ağırdır, qara ciyəri parça-parça olub. 
 
Elvin Bədəlov deyir ki, qəzadan sonra digər avtomobilin sürücü hadisə yerindən qaçıb: Qardaşımı qəzaya salan şəxs yoxa çıxıb, mən sizin vasitənizlə əlaqədar qurumlara müraciət edirəm ki, o adamı tapsınlar, müstəntiq bu işə ciddi yanaşmır. Sadəcə mən neçə gündür ki, xəstəxanadan kənara çıxa bilmirəm, onlar da bundan istifadə edib, hadisəni itirməyə çalışırlar. Bizim də maddi imkanımız çox deyil, atamız 6 yaşımız olanda dünyasını dəyişib. Hər kəsdən xahiş edirəm ki, qardaşıma maddi və mənəvi dəstək olsunlar. Elvin çox savadlı gəncdir, o İqtisad Universitetini qırmızı diplomla bitirib, orada TGT-də fəal gənclərdən olub"
 
AZXEBER.COM qəzadan fotoları və Elçinin adına açılan bank hesabını təqdim edir:
 

 

 

 

 

 

 

 

 

 


 

 

OXŞAR XƏBƏRLƏR