24 yaşlı gənc oğlan aerodromdan təyyarə qaçırdı

24 yaşlı gənc oğlan aerodromdan təyyarə qaçırdı
DÜNYA
14:50 30.08.2026
146
Macarıstanın Kaloca şəhərindəki aerodromdan yüngülmühərrikli "Cessna 172” təyyarəsi qaçırılıb.

Qaçırılan təyyarə Macarıstanın atom elektrik stansiyasının yerləşdiyi Paks şəhəri istiqamətində uçub.

Hərbçilər təyyarəni havaya qalxdıqdan qısa müddət sonra radarlarda aşkarlayıb və onun qarşısını almaq üçün iki "Gripen” qırıcısı havaya qaldırılıb.

Lakin təyyarə atom elektrik stansiyasına çata bilməyib. O, Gerény yaxınlığında məcburi eniş edib.
 

Macarıstan KİV-inin məlumatına görə, təyyarəni 2002-ci il təvəllüdlü gənc oğlanın qaçırdığı ehtimal olunur.


Hadisənin bütün təfərrüatları araşdırılır.
 
//Bizim.media
OXŞAR XƏBƏRLƏR