24 yaşlı oğlan iş yerində özünü asdı

24 yaşlı oğlan iş yerində özünü asdı
SOSİAL
17:01 31.05.2018
5666
Şəkidə intihar olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Axundov küçəsi 126 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən ayaqqabı sexində işləyən, 1994-cü il təvəllüdlü Orxan Elşən oğlu Məmmədov sexin tavanından özünü asıb. Onun asılmış meyiti iş yoldaşları tərəfindən aşkar edilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 

OXŞAR XƏBƏRLƏR