24 yaşlı oğlan su kanalında batdı -Samuxda faciə

24 yaşlı oğlan su kanalında batdı -Samuxda faciə
SOSİAL
20:46 04.06.2018
6861

Samux rayonunda su kanalında batan şəxsin meyiti tapılıb.

AZXEBER.COM report.az-a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Qarabağlar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Samux rayonunun Çobanabdallı kənd sakini, 24 yaşlı Ceyhun Zaməddin oğlu Allahverdiyev su kanalında batıb. Onun çimərkən boğulduğu bildirilir. Yaxınları meyitin müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Samux rayon şöbəsinə təhvil verilməsini istəməyiblər. 

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR