“25 əməkdaşımızı prokurorluğa şəxsən şikayət etmişəm” - Nazir

“25 əməkdaşımızı prokurorluğa şəxsən şikayət etmişəm” - Nazir
SOSİAL
12:03 25.06.2019
4751
"25 əməkdaşımızla bağlı prokurorluğa özüm təqdimat vermişəm. Cinayət işi açılıb. Bunu özüm açıqlamamışam. Bunu açıqlamaq mənə nə verəcək ki? 9 milyon vəsaitin onların hesabına dövlət büdcəsinə köçürülməsini təmin etmişəm"

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər veir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əhaliyə paylanılan mal-qaranın bəzilərinin xəstə və ya qoca ilə bağlı edilən şikayətlərə münasibət bildirərkən deyib. 

Nazir tədbirlərin birində çıxışı zamanı prosesin davam edəcəyini vurğulayıb: "Səhv tapanda cəzalandıracağıq. Əməkdaşlarıma ən böyük cəzanı da özüm verirəm. Məşğulluq xidmətindən bəzi adamları işdən çıxardım. Dərhal mediada bu heyvanlarla bağlı məsələ yayılmağa başlanıldı.

Xatırladım ki, əhaliyə paylanılan mal-qaranın xəstə və ya qoca olması ilə bağlı 700-dən çox şikayət aldıq. Buna görə də, 700 araşdırma təyin olundu. Araşdırma zamanı şikayətlərin 25-nin düz olduğu ortaya çıxdı. Siz indi saxtakarlığın dərəcəsinə baxın.

Mən həmişə deyirəm ki, niyə 2017-ci ildə heyvanlar veriləndə kimsə danışmırdı? 2018- ci ildə hamı eşitdi, bildi. 30 min heyvan verildi. Ancaq kiçik bir faizini şişirtdilər.

İndi isə ikinci tendensiya başlayıb. Gəlib deyirlər ki, verilən heyvan xəstədir. Noyabr ayında biz heyvanı verəndə onun baytar arayışı da var idi. Heyvanın şəkli də var idi. Qida Təhlükəsizliyi Agentliyindən xahiş etdim, getdilər, baxdılar.146 heyvanda xəstəlik aşkar olundu. İstənilən fermer heyvan götürüb 6 ay saxlayandan sonra həmin heyvanlar içərisindən xəstələnəni də olacaq. Mənim yanıma vətəndaş gəlib deyir ki, inək öskürür. Deyirəm ki, ay ağsaqqal, bu heyvanları harada saxlayırsan?  Deyir həyətdə saxlayıram. Həyətdə saxlayanda xəstələnəcək də. Mən demək istəmirəm ki, gələn vətəndaş yalan deyir. Ola bilər ki, düz deyir. Ola bilər ki, bizimkilərin səhvi olub. 

Nazir deyib ki, heyvan veriləndə siyahıdan olan 1000 nəfər kənarlaşdırılıb: "Çünki heyvan veriləndə görülüb ki bu adamın obyekti, maşını, torpağı var. Onlar da bəlkə 10 min dəfə şikayət məktubu yazıb. Aralarında çox gözəl yol tutanları da var. Bir nəfəri işdən çıxarırıq. 125 deputatımızın hamısına məktub yazırlar. Eyni adama 125 dəfə cavab verməli oluruq, Bütün bunların mediada niyə yayılmasından, şişirdilməsindən xəbərdaram. Məşğulluq xidmətindən bəzi adamları işdən çıxardım. Dərhal mediada bu heyvanlarla bağlı məsələ yayılmağa başlanıldı".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub
21:06 12.11.2026
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
21:04 12.11.2026
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Türkiyədə helikopter qəzaya uğradı
20:53 12.11.2026
Türkiyədə helikopter qəzaya uğradı
Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub
20:44 12.11.2026
Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub
Azərbaycan və Qırğızıstan COP31 çərçivəsində ətraf mühit məsələlərini müzakirə edib
20:40 12.11.2026
Azərbaycan və Qırğızıstan COP31 çərçivəsində ətraf mühit məsələlərini müzakirə edib
Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər
20:31 12.11.2026
Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
20:16 12.11.2026
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
20:11 12.11.2026
İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
20:06 12.11.2026
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
20:00 12.11.2026
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Makron: Avropa Rusiya ilə danışıqlar təşəbbüsünü yenidən öz üzərinə götürməlidir
19:59 12.11.2026
Makron: Avropa Rusiya ilə danışıqlar təşəbbüsünü yenidən öz üzərinə götürməlidir
"Ukraynada sülh və Avropanın təhlükəsizliyi üçün prinsipləri dəqiq müəyyən etmək lazımdır"
19:12 12.11.2026
"Ukraynada sülh və Avropanın təhlükəsizliyi üçün prinsipləri dəqiq müəyyən etmək lazımdır"
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
18:46 12.11.2026
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
18:32 12.11.2026
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək
18:20 12.11.2026
İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
17:45 12.11.2026
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib