25 nəfərin yandığı qəzada yaralananlardan birinin vəziyyəti ağırlaşdı

25 nəfərin yandığı qəzada yaralananlardan birinin vəziyyəti ağırlaşdı
SOSİAL
13:13 04.05.2017
698

Qadın təcili Bakıya göndərilib

Cəlilabadda baş verən avtobus qəzasında yaralanan qadınlardan birinin vəziyyəti pisləşib. Şiləvəngi kənd sakini olan Elnarə Malik qızı Əhmədovanın vəziyyəti ağırlaşdığı üçün o təcili olaraq Bakıya yola salınıb.

Bildirilir ki, hadisəyə səbəb sürücünün mikroavtobusa tutumundan artıq sərnişin mindirməsi olub. Belə ki, 14 nəfərlik yer tutumuna malik "Raf" mikroavtobusuna 25 nəfər adam mindirilib.

Ağırlığa dözməyərək aşan avtobusda sərnişinlərə məxsus termoslardakı isti çaylar onların üzərinə dağılıb. Bunun nəticəsində sərnişinlər yanıq xəsarəti alıblar. 

Hazırda bütün yaralılar Cəlilabad Mərkəzi Rayon xəstəxanasındadır. Onlardan 9 nəfəri reanimasiya şöbəsindədir.


///istipress
OXŞAR XƏBƏRLƏR