Hatayda zəlzələdə dağılan mənzildə həyatını itirən və 25 saat sonra dağıntılar altından çıxarılan 112 Təcili Komandanlıq Mərkəzinə rəhbərlik edən Ufuk Bayraktar Adanada əməliyyat olunub. Bədənində çoxsaylı sınıqlar olan Bayraktar həyat yoldaşı ilə son anlarını danışıb.
AZXEBER.COM xəbər verir ki, Bayraktar "Gözəl xatirələrdən danışırdıq. Həyat yoldaşımın son sözü "Görəsən, bir qəhvə hazırlayaqmı" oldu" - deyib.
Kahramanmaraşda fevralın 6-da baş verən zəlzələdə dağılan Derya yaşayış binasının birinci mərtəbəsində yerləşən Hatay 112 Təcili Komandanlıq Mərkəzində çalışan Dr. Ufuk Bayraktar və həyat yoldaşı Ela Bayraktar dağıntılar altında qalıb. Dr. Bayraktar axtarış-xilasetmə qrupları tərəfindən 25 saat sonra xilas edilərkən, həyat yoldaşı Ela Bayraktarın cansız cəsədi tapılıb.
Yaşadığı ağrılarıdilə gətirməkdə çətinlik çəkən Bayraktar yaşadığı anları danışıb. Zəlzələni çox dəqiq xatırladığını bildirən Ufuk Bayraktar həmin vaxt həyat yoldaşı ilə olub və söhbət etdiyini bildirib. Zəlzələ başlayanda həyat yoldaşı ilə birlikdə yıxıldıqlarını ifadə edən Bayraktar "Bundan sonra binanın çökdüyünü hiss etdim. Heç huşumu itirmədim, amma zaman hissi getdi. Təxminən 16 saat sonra çölə çıxarıldığımı düşündüm. Dağıntılar altında qalanda ağrısız ölməyi arzulayırdım. Kömək çağırışı gələndə qulaqlarıma inanmadım. Evlərimiz başımıza dağıldı. Dağıntılar altında qaldıq. Bina çox yeni idi. Zəlzələ reqlamentindən sonra tikilib. Buna baxmayaraq dağıldı" - deyə o acısını dilə gətirib.
Mikayıl