25 yaşlı gəlinin qətli ilə bağlı şok təfərrüat - DƏFƏLƏRLƏ DÖYÜLÜBMÜŞ

25 yaşlı gəlinin qətli ilə bağlı şok təfərrüat - DƏFƏLƏRLƏ DÖYÜLÜBMÜŞ
SOSİAL
00:12 31.10.2016
11373
Bu gün Qəbələ rayonunun Kürd kəndində 1991-ci il təvəllüdlü 3 uşaq anası Verdiyeva Səbinə Məzahir qızının qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
 
S. Verdiyevanın atası Məzahir Cabbarov APA-ya açıqlamasında deyib ki, qızı boğulmayıb, xüsusi amansızlıqla, küt alətlərdən və bıçaqdan istifadə edilərək qətlə yetirilib. Bunu S. Verdiyevanın bədənindəki kəsilmiş-deşilmiş yaralar sübut edir.
 
M. Cabbarov iddia edir ki, qızını tək kürəkəni Xəyal Verdiyev deyil, oğlanın atası Xaliq Verdiyev və anası Dürdanə Verdiyeva birgə qətlə yetiriblər: "Son 1 il ərzində qızım həyat yoldaşı, qaynanası və qayınatası tərəfindən 5 dəfə döyülüb, xüsusi işgəncələrə məruz qalıb. Onu evə gətirsək də, həyat yoldaşı ilə bir-birlərini sevərək ailə qurmuşdular, qızım ailəsinin dağılmasını istəmirdi. Biz də valideynləri olaraq həm 3 uşaq anası olduğu, həm də hamilə olduğu üçün qızımızın qayıtmasına razılıq vermişik. Biz də ailəsinin dağılmasını istəmirdik. Sonuncu dəfə isə kənd icra nümayəndəsi Eyyub Alıyevin zəmanət verməsi ilə qızımızın əri evinə qayıtmasına razılaşdıq”. M. Cabbarov qeyd edib ki, qızının həyat yoldaşının atası X. Verdiyev və anası D. Verdiyeva gənc ailənin dağılmasını istədiklərini heç vaxt gizlətməyiblər: "Bir həftə əvvəl Xaliq Verdiyev küçədə qarşımı kəsdi, dedi ki, Səbinə yenidən əri evinə qayıtsa, onu öldürəcəklər. Ancaq biz sonuncu dəfə də 3 uşaq anası, hamilə olduğunu və həyat yoldaşı ilə bir-birinə sevdiyi, həm də kənd icra nümayəndəsinin zəmanət verməsi səbəbindən onun geri qayıtmasına razılıq verdik. Ancaq onlar ailəsinin dağılmamasını istəyən qızımı xüsusi amansızlıqla öldürdülər.
 
Tək Xəyal deyil, atası Xaliq və anası Dürdanə də həbs edilməlidir”. M. Cabbarov onu da nəzərə çatdırıb ki. Bu ilin mart ayında amansızlıqla döyülmüş, burnu qırılmış qızının həmin vəziyyətdə çəkilmiş fotoşəkilini polisə təqdim edib, tədbir görülməsini istəyiblər: Ancaq polis hər hansı tədbir görmədi”. M. Cabbarov bildirib ki, qızı sakit, ailəcanlı olub və kənddə də hər kəs bunu təsdiq edə bilər: "Ancaq qayınatası və qaynanası onun ailəsinin dağılmasını istəyirdilər”.
 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Rusiya "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsi apara bilər
19:23 16.05.2025
Ukrayna və Rusiya "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsi apara bilər
Fon der Lyayen: Avropa qitədə sülhü qorumağa hazırdır
19:09 16.05.2025
Fon der Lyayen: Avropa qitədə sülhü qorumağa hazırdır
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
18:53 16.05.2025
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
18:46 16.05.2025
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
18:40 16.05.2025
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
18:40 16.05.2025
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
18:27 16.05.2025
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
18:27 16.05.2025
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
18:14 16.05.2025
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
17:49 16.05.2025
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
17:37 16.05.2025
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
17:34 16.05.2025
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
17:34 16.05.2025
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
17:18 16.05.2025
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
17:13 16.05.2025
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
16:54 16.05.2025
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı