Salyanda 25 yaşlı gənc bir neçə nəfər tərəfindən bıçaqlanıb.
Hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Paniyev Eşqin İsmixan oğlu döş qəfəsindən və bədəninin digər nahiyələrindən 3 bıçaq yarası alıb. E.Paniyev Şirvan Şəhər Xəstəxanasına döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub və əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirlən gəncin vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər.
Qeyd edilir ki, hadisə E.Paniyevin həmkəndliləri tərəfindən törədilib. Həmin şəxsləri polisin saxladığı bildirilir.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılb, araşdırma aparılır.