Ukrayna Prezidenti Volodimir Zelenski ictimai fəal və "Hospitaller” könüllülər batalyonunun həkimi İrina Tsıbuxu ölümündən sonra "Ukrayna Qəhrəmanı” adına layiq görüb.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı Ukrayna dövlət başçısı fərman imzalayıb.
"İctimai fəal, "Hospitaller” könüllülər batalyonunun ekipajının rəhbəri İrina Tsıbuxa (ölümündən sonra) "Qızıl Ulduz” ordeni ilə "Ukrayna Qəhrəmanı” adı verilsin”, – fərmanda deyilir.
Qeyd edək ki, 25 yaşlı Tsıbux 29 may 2024-cü ildə Xarkov istiqamətində rotasiya zamanı ölüb.