25 yaşlı məşhur aktyor evində ölü tapıldı

25 yaşlı məşhur aktyor evində ölü tapıldı
DÜNYA
12:11 01.08.2023
417
"Euphoria" serialı ilə tanınan 25 yaşlı məşhur aktyor Anqus Klaud evində ölü tapılıb.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, aktyorun ölüm səbəbi hələ açıqlanmayıb.

Gənc ulduzun ailəsindən verilən açıqlamada deyilir:
 
"Bu gün inanılmaz bir insanla vidalaşdığımız üçün çox kədərlənirik. Anqus bir sənətçi, dost, qardaş və oğul olaraq hamımız üçün bir çox cəhətdən xüsusi idi. Bizim yeganə təsəllimiz, Angusun indi onun ən yaxın dostu olan atası ilə yenidən qovuşduğunu bilməkdir”.

Gənc aktyorun atasının ölümünün təsirindən çıxmaq üçün apardığı mübarizə nəticəsində intihar etmiş ola biləcəyi vurğulanır.

Qeyd edək ki, Angus Klaud HBO-nun məşhur "Euphoria" serialındakı "Fezco" obrazı ilə şöhrət qazanıb.
 
Xatırladaq ki, Angus Klaud "The Line" və "North Hollywood" kimi filmlərdə də rol alıb.
 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR