250 gənc Bakının mərkəzində hamını şoka saldı - VİDEO + FOTOLAR

GƏNCLİK
01:50 24.05.2012
3061

Mayın 22-si tarixində “FLASHMOB Azerbaijan” qrupu250-yə qədər gənci bir araya toplayaraq Bakıda misli görünməmiş ölkədə ən böyük rəqs fleşmobunu keçirməyə müvəffəq oldu.

“FLASHMOB Azerbaijan” qrupunun rəhbəri Samir Qədirovun AZXEBER.COM-a verdiyi məlumata görə, keçirilən möhtəşəm tədbirin digərlərindən fərqi bu fleşmobun Maltalı müğənni Kurt Callejanın “This is The Night” mahnısının sədaları altında və şəxsən həmin müğənninin iştirakı ilə baş tutması olub.

Fleşmob çox qısa müddətə - cəmi 3 günə tam olaraq təşkil olunaraq özünə çox böyük maraq cəlb edib. İştirakçılar “This is The Night” mahnısına həsr olunan rəqsi qısa müddət ərzində öyrənərək şəhərdə əsl ani şou yaratmağa müvəffəq olublar.

Fleşmobun keçirilməsində əsas məqsəd Maltalı musiqi delegasiyası və Azərbaycan gəncləri arasında birgə kreativ fəaliyyət, insanlara böyük pozitiv və sürpriz bəxş etmək idi.

Layihə FLASHMOB Azerbaijan və Malta Televiziyası ilə birgə fəaliyyət çərçivəsində ərsəyə gəlib.

OXŞAR XƏBƏRLƏR