Gənclər Təşkilatları Milli Şurası tərəfindən Heydər Əliyevin anım günü qeyd olunub - FOTOLAR

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Heydər Əliyevin anım günü qeyd olunub - FOTOLAR
GƏNCLİK
17:41 15.12.2025
1536
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirib. Tədbirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, uzaqgörən siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli və mənalı ömür yolunun, zəngin dövlətçilik təcrübəsinin və misilsiz xidmətlərinin yad edilməsi məqsədilə keçirilib. 
 
AZXEBER.COM xəbər verir ki, silsilə tədbirlər çərçivəsində təşkilat rəhbərləri və nümayəndələrinin, Vətən müharibəsi qazilərinin iştirakı ilə Fəxri xiyabanda Ulu Öndərin xatirəsi böyük ehtiramla anılıb.

Tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və "Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Gənclər Təşkilatlarının Resurs Mərkəzində "Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi" adlı panel müzakirə təşkil edilib. Tədbirin açılış mərasimində  Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli və "Böyük Qayıdış” Gənclər Təşkilatının sədr vəzifəsini müvəqqəti icra edən Hikmət Qaffarov, panel müzakirəsində spiker qismində deputatlar Ceyhun Məmmədov və Məzahir Əfəndiyev iştirak ediblər.

Çıxış edənlər Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrün mühüm məqamları, milli şüurun inkişafı və Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən islahatlardan danışıblar. Həmçinin, Heydər Əliyevin milli düşüncənin formalaşmasına, Azərbaycanın beynəlxalq aləmdə tanınmasına, ordu quruculuğuna və ölkəmizdə ilk ali hərbi məktəbinin yaradılmasına verdiyi misilsiz töhfələrdən bəhs edilib. 

Bununla bərabər Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş "Generalın planı” sənədli filmi nümayiş olunub. Filmdə yer alan tarixi hadisələr və qərarlar Ümummilli Liderin dahi siyasətini, uzaqgörən strategiyasını və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində atdığı addımları əyani şəkildə əks etdirir. Gənclər bu film vasitəsilə ölkəmizin inkişaf yolunda Heydər Əliyevin misilsiz xidmətlərini daha dərindən öyrənmək imkanı əldə ediblər.

"Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş film nümayişi, Heydər Əliyev və Azərbaycan dili kitabının müzakirəsi” keçirilib. Tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, eyni zamanda kitabın müəllifi Sevinc Dadaşova Ümummilli Lider Heydər Əliyevin zəngin irsi, ana dilimizin inkişafına verdiyi töhfələr və onun Azərbaycan dövlətçilik tarixindəki müstəsna rolu barədə fikirlərini gənclərlə bölüşüb. Ardınca Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. Film nümayişindən sonra gənclərin fəal iştirakı ilə sual-cavab formatında maraqlı müzakirələr aparılıb. 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
22:41 16.10.2026
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
22:32 16.10.2026
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
22:20 16.10.2026
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib