26 direktora xəbərdarlıq, 12 direktora töhmət verildi

26 direktora xəbərdarlıq, 12 direktora töhmət verildi
SOSİAL
18:34 05.07.2024
178
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir. 

Agentlikdən AZXEBER.COM-a verilən məlumata görə, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini yoxlamaqdır. 

Bakı və digər bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrində aparılmış yoxlamalara əsasən, 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 5 müəssisə rəhbəri işdən azad edilib.

Monitorinqlər davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR