"26 yaşında nə botoks?" - Safurə

"26 yaşında nə botoks?" - Safurə
MAQAZİN
12:00 04.01.2019
4353
"Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva üzünə plastik əməliyyat etdirməsi ilə bağlı iddialara cavab verib. 

AZXEBER.COM-un məlumatına görə, son günlər üzündəki dəyişikliklərə görə sosial şəbəkədə keçmiş müğənninin fotoları müzakirə olunub. İzləyiciləri onun üzünə plastik müdaxilələr etdirdiyini yazıb. 

Üzündə heç bir dəyişiklik etdirmədiyini bildirən Safurə yazılanlara sərt cavab verib:

"Deməli, iki uşaq anası olandan sonra  kökəlsəydim, deyərdilər ki, nə gündədir. Amma mən ki, dəyişməmişəm, əksinə arıqlamışam, üzümdə isə bir dənə belə qırış yoxdur. İndi də deyirlər ki, üzünə botoks vurdurub. 26 yaşında nə botoks, nə iynələr? Hə, xarici görünüşümdə bəzi dəyişiklər ola bilər. Çünki mən də insanam və iki uşaq anasıyam. Bu, normal haldır, az da olsa dəyişməliyəm. Narahat olmayın, genetikam elədir ki, hələ uzun müddət iynələrə və botokslara ehtiyacım olmayacaq. Artıq bəsdirin, yazmağa söz tapmırsınız?".
OXŞAR XƏBƏRLƏR