26 yaşlı fenomen vəfat etdi

26 yaşlı fenomen vəfat etdi
DÜNYA
17:01 07.08.2026
205
26 yaşlı sosial media fenomeni Sidney Taul (Sydney Towle) öd yolları xərçəngi ilə apardığı mübarizəni uduzub.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, gənc fenomen qarın nahiyəsində yaranan şişlik və yanma hissi səbəbindən xəstəxanaya müraciət edib. Həkimlər əvvəlcə yırtıqdan şübhələnsələr də, ultrasəs müayinəsi zamanı bərk kütlə aşkarlanıb. Sonrakı müayinələr nəticəsində ona adətən 50 yaşdan yuxarı insanlarda rast gəlinən nadir öd yolu xərçəngi – xolangiokarsinoma diaqnozu qoyulub.

Towle xəstəliyi dövründə həyatını gizlətməyərək müalicə prosesini, tək səyahətlərini, kemoterapiyanın yaratdığı çətinlikləri və gündəlik həyatını izləyiciləri ilə bölüşürdü. O, xərçəng xəstələri ilə bağlı stereotipləri qıran paylaşımları ilə geniş auditoriyanın rəğbətini qazanmışdı.

2025-ci ildə verdiyi müsahibədə internetdə xəstəliyinə şübhə ilə yanaşanlara cavab olaraq, "İnsanlar bunun televiziya proqramı olduğunu düşünürlər. Amma mən uydurma obraz deyiləm, real insanam" demişdi.

Ötən il paylaşdığı videoların birində isə izləyicilərinə belə müraciət etmişdi: "Bir qutu dondurma alın, sevdiyiniz filmi izləyin və həyatın həm gözəl, həm də çətin tərəfləri olduğunu unutmayın. Pis hadisələrin baş verməsi həyatın pis olduğu demək deyil."

Xolangiokarsinoma Fondundan Melinda Baçini bildirib ki, Sidney Taulun paylaşımları insanların ağır xəstəliklərlə yaşayan şəxslərə baxışını dəyişməyə kömək edib və gənclər arasında xərçənglə bağlı maarifləndirməyə mühüm töhfə verib.

Fenomenin vəfatı ilə bağlı açıqlamadan sonra anası və qardaşının paylaşımı minlərlə başsağlığı mesajı ilə qarşılanıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR