26 yaşlı qız saytda bakirəliyini satışa çıxardı: soyadını gizlətdi

26 yaşlı qız saytda bakirəliyini satışa çıxardı: soyadını gizlətdi
DÜNYA
16:00 08.11.2017
4687

Londonda yaşayan 26 yaşlı Jasmin bakirə olduğuna dair həkimdən arayış alıb və Almaniyaya məxsus bir saytda bakirəliyini satışa çıxarıb.

İndiyə qədər təklif edilən ən yüksək qiymət 90.000 funt olub. Jasmin ən yüksək qiymət qarşılığında bakirəliyini satıb, qazandığı pulla özünə iş qurmağı planlaşdırır. 

Soyadını açıqlamaq istəməyən Jasmin bu barədə The Sun-a açıqlama verib.

Ailəsi ona bakirəliyini satmağın dürüst bir insanı gözləməkdən daha doğru olduğunu bildirərək dəstək verib. 

Jasmin ənənəvi olaraq cinsi əlaqəsi üçün evliliyini gözləyən qadınlara hörmət etdiyini, amma artıq həyatına dürüst bir adamın gəlməsi üçün gözləyə bilməyəcəyini sözlərinə əlavə edib.

 

O, buna görə də bakirəliyini satmağa qərar verdiyini və bu qərara görə xoşbəxt olduğunu söyləyib. 

Jasminin bakirəliyini satışa çıxardığı vebsayt yaradıcıları onun həkim arayışı ilə bakirə olduğunu təsdiqlədiyini, amma ən yüksək qiyməti verəcək kişinin həkim çağırıb, Jasmini yenidən müayinə etdirmə haqqına sahib olduğunu deyiblər.

///Milli.Az
OXŞAR XƏBƏRLƏR