26 yaşlı qızı zorla qaçıran şəxs tutuldu

26 yaşlı qızı zorla qaçıran şəxs tutuldu
SOSİAL
14:53 30.11.2022
192
Yevlax Rayon Polis Şöbəsinə noyabrın 28-də saat 9 radələrində 26 yaşlı bir qızın evlənmək məqsədi ilə oğurlanması barədə məlumat daxil olub.

AZXEBER.COM DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırmalar zamanı qızın rayon sakini Z.M. tərəfindən zorla və iradəsinə zidd olaraq qaçırılması müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.M. saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR