27 il sonra ata oldu - “Özümü yenidən doğulmuş kimi hiss edirəm”

27 il sonra ata oldu - “Özümü yenidən doğulmuş kimi hiss edirəm”
DÜNYA
13:29 24.06.2024
173
Həkimlərin uşaq sahibi ola bilməyəcəyini dediyi 47 yaşlı Melih Apaydın 27 ilin sonra övlad sahibi olub. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu hadisə Türkiyənin Muğla bölgəsində baş verib. 

Belə ki,  Apaydın anadangəlmə azospermiya (sperma çatışmazlığı) ilə mübarizə aparıb. 

Uşaqlıq illərində keçirdiyi əməliyyatla vəziyyəti normala qaytarılsa da, həkimlər onun uşaq sahibi ola bilməyəcəyini ailəsinə bildiriblər.  

Bu, onun 1997-ci ildəki ilk evliliyinin beş il sonra bitməsinə səbəb olub. 

7 il əvvəl İpek Apaydınla ikinci dəfə ailə quran Melih Apaydın uşaq sahibi olmaq arzusunu həyata keçirmək üçün yenidən ümidlənib və arzusu çin olub. 

Qeyd edək ki, uşaq süni mayalanma ilə dünyaya gəlib. 

Oksana 
OXŞAR XƏBƏRLƏR