27 yaşlı futbolçu intihar etdi

İDMAN
16:37 22.11.2022
356
27 yaşlı futbolçu intihar edib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bazar günü başlayan Dünya çempionatında iştirak edən İsveçrə millisinin sabiq futbolçusu Kərim Gazzetta intihar edib. 27 yaşlı futbolçunun özünü 7 mərtəbəli binanın sonuncu mərtəbəsindən atdığı açıqlanıb.

Bir müddətdir psixoloji problemlərdən əziyyət çəkən Kərim ailəsi ilə görüşmədiyi bildirilib. Futbolçunun ölümü ilə bağlı araşdırma başladılıb.

Qeyd edək ki, iyulda Bosniya və Herseqovinanın Zrinjski komandasına keçən İsveçrə millisinin futbolçusu Kərim Gazzetta futbola Servette FK-da başlayıb.
Uzun illər burada çıxış edən "Gazetta” karyerası ərzində 270 matça çıxıb. Bu matçlarda 36 qol və 14 məhsuldar ötürmə ilə çıxış edən Gazetta ümumilikdə 16 min dəqiqə meydanda qalıb.
 
Günel
OXŞAR XƏBƏRLƏR