27 yaşlı gənc adrenalin yaşamaq istəyərkən həlak oldu: Hadisə yerindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

27 yaşlı gənc adrenalin yaşamaq istəyərkən həlak oldu: Hadisə yerindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
SOSİAL
01:37 14.03.2026
142
Qubada istirahət zamanı adrenalin yaşamaq istəyən paytaxt sakini bədbəxt hadisə nəticəsində həlak olub.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qımılqazma kəndi ərazisində, kvadrosikllərin sürüldüyü sahədə baş verib.

Belə ki, Bakı şəhər sakini, 27 yaşlı Elçin Yusif oğlu Yusifov kvadrosikli idarə edərkən ehtiyatsızlıq edib və nəqliyyat vasitəsi daş hasara çırpılıb. Zərbənin şiddətindən ağır xəsarətlər alan gənc hadisə yerindəcə keçinib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

OXŞAR XƏBƏRLƏR