27 yaşlı gənc evində ölü tapıldı

DÜNYA
16:30 08.10.2024
241
27 yaşlı gənc evində ölü tapılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib.
 
Belə ki, 8 mərtəbəli binanın 5-ci mərtəbəsində ailəsi ilə yaşayan Meriç Ergen (27 yaş) gecə idmandan qayıtdıqdan sonra dincəlmək üçün otağına keçib.
 
Səhər saatlarında otağa daxil olan yaxınları onun hərəkətsiz vəziyyətdə olduğunu görüb, vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər.

Xəbər verildikdən sonra ünvana təcili yardım və polis qrupları göndərilib.

Müayinədən sonra Ergenin öldüyü müəyyən edilib.

Cəsəd meyitxanaya göndərilib.

Hadisə ilə bağlı polisin araşdırması davam edir.
 
Oksana

 

OXŞAR XƏBƏRLƏR