27 yaşlı kişi 7 aylıq körpəsini vəhşicəsinə döydü

27 yaşlı kişi 7 aylıq körpəsini vəhşicəsinə döydü
10:45 23.02.2013
1365

Türkiyədə 27 yaşlı kişi körpə uşağını döyərək xəstəxanalıq edi.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Yozqat şəhərində 7 aylıq Ayşənur adlı körpə qız, atası Osman tərəfindən vəhşicəsinə döyülüb.Həyat yoldaşı Münəvvəri də tez-tez döyən Osman, bu dəfə isə körpə uşağını döyərək xəstəxanalıq edib. Körpə qız hazırda xəstəxanada həyatda qalmaq üçün mübarizə aparır.22 yaşlı Münəvvər deyib ki, əri ona qarşı da hər zaman şiddət göstərib.“İki il öncə ailə qurmuşuq. Evləndikdən 2 ay sonra burnumu qırdı. O vaxtdan bəri həmişə aramızda mübahisə olur. O məni tez-tez döyür. Səbəb olaraq isə guya uşağı ondan qısqandığımı deyirdi.Heç bir ana uşağını atasından qısqanmaz. 2 gün əvvəl uşağı qucağına alıb oxşamaq istədi. Amma uşaq Osmanın qucağında qorxdu. Mən də ona dedim ki, uşağı ver mənə. Osman bundan sonra uşağı döyməyə başladı. Zərbələrdən sonra uşağın ürəyi getdi” – deyə, Münəvvər bildirib.Ərindən şikayətçi olan qadın, onu məhkəməyə verib. Məhkəmə isə Osmanı sərbəst buraxıb.Bu qərardan sonra Münəvvər yenidən şikayətçi olacağını deyib.“Uşağım həyatda qalmaq üçün mübarizə aparır. Onu bu hala salan ərimi necə sərbəst buraxırlar? Mən qorxuram, dövlətin uşağımı və məni qorumağını istəyirəm”.

OXŞAR XƏBƏRLƏR