27 yaşlı qız özünü 4-cü mərtəbədən yerə atdı - Zaqatalada dəhşət

27 yaşlı qız özünü 4-cü mərtəbədən yerə atdı - Zaqatalada dəhşət
SOSİAL
10:41 09.03.2018
2872
Zaqatalada 27 yaşlı qız özünü hündürmərtəbəli binanın dördüncü mərtəbəsindən yerə atıb. 

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, bu gün axşam saat 17 radələrində Zaqatala şəhəri İmam Şamil küçəsində, "Köhnə bazar” adlanan ərazidəki  yeddimərtəbəli yaşayış binasının sakini 1991-ci il təvəllüdlü Günay Murad qızı Balayeva özünü dördüncü mərtəbədən yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Günay Balayeva travmatikşok vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. 

MRX-dan verilən məlumatda bildirilir ki, son zamanlar əsəb xəstəliyindən əziyət çəkən Günay Balayeva intihar etmək məqsədi ilə özünü binanın dördüncü mərtəbəsindən yerə atıb. 

Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR