Yaponiyanın Toyosu balıq bazarında ənənəvi balıq auksionu keçirilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hərracda 276 kiloqramlıq mavi üzgəcli ton balığınıən satışı maraq doğurub.
Balıqçılar Yaponiyadan və dünyanın müxtəlif yerlərindən tutmuş balıqları ən yüksək qiymətə satmaq üçün yarışıblar.
Builki balıq auksionunda ən yüksək qiymət Yaponiyanın Aomori prefekturasında tutulan və 207 milyon yenaya (təxminən 1,3 milyon dollar) satılan 276 kiloqramlıq mavi üzgəcli ton balığı olub.
Bir qida şirkətinin nəhəng balıq üçün verdiyi qiymət, 1999-cu ildə bərbaıq satışında qeydə alınani ikinci ən yüksək qiymət olaraq tarixə düşüb.
Aysel