Azərbaycanda premium-klass dərəcəli ən böyük kinoteatr olan “28 Cinema” filmlərin ingilis dilində nümayişinə başlayır.AZXEBER.COM-un məlumatına görə, artıq yanvarın 23-dən etibarən paytaxtın ingilisdilli sakinləri və qonaqları, həmçinin kinomanlar hər həftənin 3-cü günləri filmlərə ingilis dilində baxa biləcəklər.
Seanslar gün ərzində iki dəfə - günorta və axşam saatlarında olacaq.Kinoteatrın baş direktorunun müavini Kristina Bernard açıqlamasında bildirib ki, bununla ingilisdilli insanlar da nəzərə alınmış olub.“Bildiyiniz kimi, Bakı çox tolerant şəhərdir və burada dünyanın müxtəlif dillərində danışan insanlar yaşayır. Əcnəbilərin ümumi dili ingilis dilidir. Bizim kinoteatr bu qrup insanları da nəzərə alaraq onların filmlərə baxaraq yaxşı istirahətləri üçün şərait yaradıb. Əminəm ki, bu şərait onların ürəyincə olacaq”.Qeyd edək ki, kinomanlar yanvarın 23-də, iki seansda – saat 14:10 və 20:05-də 3D formatında “Hansel and Gretel Witch Hunters” filminə baxa biləcəklər. Daha ətraflı məlumatı www.28cinema.az.saytından əldə etmək olar.