“28 Cinema”da “Heydər Əliyev-Əsl Məhəbbət Haqqında” filmi təqdim ediləcək

MƏDƏNİYYƏT
13:45 09.05.2013
2072

Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” Ümummilllilider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə, Vaqif Mustafayevin Ulu Öndər haqqında çəkdiyi “Heydər Əliyev-Əsl Məhəbbət Haqqında” filmini təqdim edəcək. Film ay ayının 10-da “28 Cinema” kinoteatrındanümayiş olunacaq.

“Heydər Əliyev -Əsl Məhəbbət Haqqında” filmi,prezidentin həyat yoldaşı oftalmoloq, alim Zərifə Əliyeva haqqındadır. Filmdə Heydər Əliyev öz xatirələrini danışır. Film Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmlər silsiləsinin VI hissəsidir.

Qeyd edək ki, nümayiş olunacaq“Heydər Əliyev -Əsl MəhəbbətHaqqında” filmimüxtəlif dillərə tərcümə olunub və dünyanın bir çox ölkələrində və beynəlxalq festivallardaiştirak edib. Moskvada keçirilən 4-cü Avrasiya teleforumunda isə əsas mükafata layiq görülüb.

“28 Cinema”kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.

OXŞAR XƏBƏRLƏR